1 İyun 2023 08:00
771
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın paytaxtı Kiyevi atəşə tutması nəticəsində 3 nəfər ölüb, 14 nəfər yaralanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyası teleqramda məlumat yayıb.

Şəhərin meri Vitali Kliçkonun sözlərinə görə, paytaxtın iki rayonunda zərərsizləşdirilən hədəfin qalıqlarının düşməsi qeydə alınıb. Bildirilib ki, ölənlərin hamısı Desnyanski rayonunda olub. Bundan başqa, həlak olan 3 nəfərdən 2-si uşaqdır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər