1 İyun 2023 15:01
1 255
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa Prezidenti Emmanuel Makron Şərqi Avropa ölkələrindən üzr istəyib.

Teleqraf.com xəbər verir ki, o, bu barədə Slovakiyada keçirilən forum zamanı danışıb.

Makron bildirib ki, Fransa Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsindən əvvəl Moskvanın planları barədə xəbərdarlıq ediləndə bunlara daha çox diqqət yetirməli idi.

Fransa prezidenti Avropa Birliyinin şərq və qərb üzvləri arasında Rusiya ilə bağlı məsələlərdə mövcud fikir ayrılıqlarını nəzərə alaraq, “köhnə” və “yeni” Avropanın bölünməsinin yolverilməzliyini vurğulayıb.

“Bəziləri deyirlər ki, susmaqla fürsəti əldən verdik. Düşünürəm ki, biz də sizi dinləmək fürsətini əldən verdik. İndi bu keçmişdə qaldı”, - Makron deyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər