3 İyun 2023 15:12
4 441
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanı, BƏƏ, Oman və İran birgə dəniz qüvvələri yaradır.

Teleqraf.com xəbər verir ki, bu barədə Qətərin “Əl-Cədid” qəzeti məlumat yayıb.

Nəşrin iddiasına görə, Bəsrə körfəzində gəmilərin təhlükəsizliyini təmin etmək məqsədilə bu ölkələr arasında məsləhətləşmələr Çinin vasitəçiliyi ilə başlayıb.

Məlumatda qeyd olunur ki, İran bundan əvvəl körfəz ölkələrinə “kollektiv təhlükəsizlik mexanizmi” qurmağı təklif edib.

Bu gəlişməyə paralel olaraq, BƏƏ-nin ABŞ-ın rəhbərlik etdiyi dəniz koalisiyasından çıxması da diqqət çəkib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər