Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan and içdikdən sonra ölkənin banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu Anıtqəbir məqnərəsini ziyarət edib.
Teleqraf.com xəbər verir ki, o, Atatürkün məzarı önünə əklil qoyub, xatirəsini ehtiramla yad edib.
Ərdoğan daha sonra xatirə dəftərini imzalayıb.
Qeyd edək ki, Ərdoğan bu gün Türkiyə Böyük Millət Məclisində (TBMM) and içib və səlahiyyətlərinin icrasına başlayıb.