4 İyun 2023 20:27
1 316
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İsveç Türkiyənin üçtərəfli memorandum çərçivəsində tələblərini yerinə yetirib və NATO-ya üzv olmaq hüququna malikdir”.

Teleqraf.com xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqların yekunlarına dair mətbuat konfransında deyib.

“İsveç üzərinə götürdüyü öhdəlikləri yerinə yetirib. Konkret addımlar atılıb, qanunlar dəyişdirilib. Etiraf edirəm ki, İsveçdəki nümayişlər çətinliklər yaradıb. Sərbəst toplaşmaq azadlığı və ifadə azadlığı qorunmalı və ona hörmət edilməlidir. Lakin bu nümayişlərin təşkilatçıları İsveçin NATO-ya üzv olmasına mane olmağa çalışırlar”, o vurğulayıb.

Stoltenberq, həmçinin qeyd edib ki, Prezident Ərdoğanla bugünkü görüşdə İsveçlə Daimi Müştərək Mexanizmin növbəti görüşünün iyunun 12-də keçirilməsi ilə bağlı razılıq əldə olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər