7 İyun 2023 00:28
786
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın paytaxtı Paris şəhərində 2023-cü ilin yanvarından bəri pensiya islahatına qarşı keçirilən 14-cü etiraz günü çərçivəsində həmkarlar ittifaqları tərəfindən təşkil edilən etiraz aksiyası zamanı 28 nəfər polislər tərəfindən saxlanılıb.

Teleqraf.com xəbər verir ki, onlardan 14-ü etiraz aksiyası başlamadan əvvəl saxlanılıblar.

Saxlanılanların əksəriyyəti aksiyaya qadağan olunmuş əşyalar gətirməyə cəhddə ittiham olunub.

"Ümumi Əmək Konfederasiyası"nın məlumatına görə, Fransada pensiya islahatına qarşı keçirilən etiraz aksiyalarında 900 minə yaxın insan iştirak edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər