Ukrayna prezidenti Vladimir Zelenski fransalı həmkarı Emmanuel Makronla telefonla Kiyevin NATO-nun Vilnüsdə keçiriləcək sammitindən gözləntilərini müzakirə edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna lideri özünün Telegram kanalında məlumat verib.
“Biz Ukrayna üçün təhlükəsizlik təminatlarının formatlarını, NATO-nun Vilnüs sammitindən gözləntiləri və qlobal sülh sammitinə hazırlığı müzakirə etdik”, - deyə Zelenski yazıb.