Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistanın gerbini tənqid edib.
Teleqraf.com xəbər verir ki, onun sözlərinə görə, ölkənin gerbinin 1991-ci ildə qurulan dövlətə heç bir aidiyyatı yoxdur:
“Orada nə göstərilir? Ağrı dağında (Türkiyə ərazisində yerləşir) Nuhun gəmisi və Ermənistanın dörd sülaləsinin gerbləri. Emblemə baxanda belə bir sual yarandı: bunun bizə nə dəxli var?".