Türkiyə ilə Özbəkistan arasında ikitərəfli aviasiya müqaviləsini yenidən nəzərdən keçirən anlaşma memorandumu imzalanıb.
Teleqraf.com xəbər verir ki, məlumatı Mülki Aviasiya Baş İdarəsi açıqlayıb.
Bildirilir ki, ikitərəfli aviasiya danışıqlarının sonunda uçuş şəbəkəsinə 5 yeni nöqtə əlavə edilib:
“Türkiyə ilə Özbəkistan arasında yeni uçuş nöqtələrinin müəyyən edilməsi və mövcud məntəqələrdə tezliklərin artırılması məqsədilə baş menecerimiz Kamal Yüksək və Özbəkistan Nəqliyyat Nazirliyinin Hava Nəqliyyatı Departamentinin rəis müavini Camoliddin Nazarovun rəhbərlik etdiyi nümayəndə heyətləri İstanbulda bir araya gəlib. İkitərəfli aviasiya görüşündən heyətlə uçuş şəbəkəsinə yeni nöqtə əlavə edilərək cəmi 49 tezlik artırıldı”.