Uqandanın qərbində separatçı Demokratik Alyans Qüvvələrinin (ADF) məktəbə hücumu nəticəsində 25 nəfər ölüb, 8 nəfər yaralanıb.
Teleqraf.com xəbər verir ki, hadisə Konqo Demokratik Respublikası ilə sərhədə yaxın Mpondve qəsəbəsindəki orta məktəbdə baş verib.
Terror aktı zamanı yataqxana yandırılıb. Məktəbdən çıxarılan 25 cəsəd və ağır vəziyyətdə olan 8 nəfər xəstəxanaya aparılıb.