Şimali Atlantika Alyansı Ukraynada müharibənin dondurulmasının və Rusiyanın şərtləri ilə saziş imzalanmasının əleyhinədir.
Teleqraf.com xəbər verir ki, NATO-nun Baş katibi Yens Stoltenberq bu fikri mətbuat konfransında səsləndirib.
“Hamımız münaqişənin sona çatmasını istəyirik, lakin ədalətli sülh müharibənin dondurulmasını və Rusiyanın diktə etdiyi sazişi nəzərdə tuta bilməz”, - deyə Yens Stoltenberq bildirib.
Bu, Afrika ölkələri nümayəndələrinin Ukrayna münaqişəsinin, o cümlədən hərbi əməliyyatların dayandırılması ideyasına əsaslanan tənzimlənməsi təşəbbüsü ilə Kiyev və Moskvada apardıqları danışıqlardan sonra NATO Baş katibinin ilk bəyanatıdır.