20 İyun 2023 00:19
646
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Dünya Bankından 63 milyon avro alıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukraynanın Maliyyə Nazirliyinin mətbuat xidməti xəbər yayıb.

Bildirilir ki, bu vəsait dövlət büdcəsinin xərclərinin qismən ödənilməsinə, xüsusilə də 2023-cü ilin fevral-mart aylarının müəllim və dövlət qurumlarında çalışan işçilərin əməkhaqlarının ödənilməsinə yönəldiləcək.

Kreditin ödənilməsi üçün Ukraynaya 10 il və 4 illik güzəşt müddəti verilib.

Daha əvvəl bildirilib ki, BMT-nin İnkişaf Proqramı çərçivəsində Ukraynanın bərpası üçün BMT bir milyard dollar toplamaq niyyətindədir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər