Latviya bütün döyüş helikopterlərini Kiyevə təhvil vermək niyyətindədir.
Teleqraf.com xəbər verir ki, bu barədə Latviyanın baş naziri Krisjanis Karins deyib.
Karins vurğulayıb ki, hazırda bəzi helikopterlər modernləşdirilir, onlar yenidən rənglənir. Bundan sonra onlar Ukraynaya veriləcək.
O, həmçinin qeyd edib ki, Riqa artıq bütün “Stinger” zenit-raket komplekslərini Kiyevə təhvil verib.