NATO-nun baş katibi Yens Stoltenberqin daha bir il vəzifəsində qalacağı gözlənilir.
Teleqraf.com xəbər verir ki, bu barədə "Euractiv" portalı alyansdakı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, onun səlahiyyət müddətinin iyunun 28-də uzadılması ehtimalı böyükdür.
NATO diplomatları Stoltenberqin böhran vəziyyətlərində hərbi alyansı idarə etmək bacarığını xüsusi qeyd ediblər. Onların fikrincə, baş katibin səlahiyyət müddətinin uzadılması vaxta qənaət edəcək və diqqəti Ukraynaya dəstəyə yönəldəcək.