Kreml “Financial Times” qəzetinin Çin lideri Si Cinpinin Rusiya Prezidenti Vladimir Putinə Ukraynada nüvə silahından istifadəyə qarşı şəxsən xəbərdarlıq etməsi barədə məlumatını “uydurma” adlandırıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov açıqlama verib.
“Bunu təsdiqləyə bilmərəm. Bu mühüm səfərin (Si Cinpinin Moskva səfəri) nəticəsi olaraq çoxlu məlumatlar verilib. Danışıqların mahiyyəti qəbul olunmuş sənədlərdə açıq şəkildə ifadə olunub. Qalan hər şey uydurmadır”, - Rusiya rəsmisi deyib.