12 May 2014 20:58
1 010
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Donetsk Xalq Respublikası" elan edilən separatçı qurum Rusiyaya müraciət edərək, onun tərkibinə qatılmaq istədiyini bildirib.

Teleqraf.com-un İTAR-TASS-a istinadən xəbərinə görə, bu barədə "DXR"in həmsədri Denis Puşilin mətbuat konfransında bəyan edib.

"Biz, Donetsk Xalq Respublikasının əhalisi mayın 11-də keçirilən referendumun nəticələrinə və DXR-in müstəqilliyi haqqında bəyannaməyə əsaslanaraq, müstəqil dövlət olduğumuzu bəyan edirik", - Puşilin deyib.

O, bildirib ki, "DXR" xalqının öz iradəsini ortaya qoymasından çıxış edərək, eyni zamanda tarixi ədalətin bərpası naminə Rusiyadan onun tərkibinə qoşulmaq müraciətinə baxılmasını xahiş ediblər.

Nihad


Müəllif: