10 İyul 2023 11:23
835
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putinin qiyamçı “Vaqner” qrupunu cəzalandırmaması onu pis vəziyyətdə qoyub.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) təhlilində deyilir.

İyulun 9-da naməlum mənbələr “Vaqner” adından bu qruplaşmanın nizamnaməsinə oxşayan məlumat yayıblar. Sənəddə bildirilir ki, “vaqnerçilər”in əsas prinsipləri Ukraynaya qarşı müharibəyə dəstək vermək, Rusiya prezidenti və xalqına sədaqətlə xidmət etməkdir. ISW isə qeyd edir ki, Putinin “Vaqner”i cəzalandırmamaq və qiyam iştirakçılarını mühakimə etməmək qərarı onu və tabeliyində olanları çətin vəziyyətdə qoyur.

ABŞ institutu vurğulayır ki, “Vaqner”in iddia edilən təsis sənədinin kimə sərf etdiyini anlamır, çünki bu sənəd silahlı qruplaşmanı Rusiyanın nizami qüvvələri ilə müqayisədə daha peşəkar və cəlbedici göstərir.

Eyni zamanda bildirilir ki, “Vaqner” hələ də Rusiyada öz sıralarında döyüşçü cəlb edir. Rusiya Müdafiə Nazirliyi isə “vaqnerçilər”i rus ordusunun sıralarına qatmaq üçün müsabiqə işi aparır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər