“Ukrayna öz suverenliyini itirib, pulu, hərbi sənayesi yoxdur, hər şeyi ABŞ və Qərbdən alır”.
Teleqraf.com xəbər verir ki, bunu Macarıstan Baş naziri Viktor Orban deyib.
Onun sözlərinə görə, ABŞ-ın istəyi ilə Ukraynada sülh cəmi bir gündə reallığa çevrilə bilər.
Vaşinqtonun niyə bunu istəmədiyini soruşduqda Orban bildirib ki, hazırda bütün dünya bu barədə düşünür.
“Nəhayət, Ukrayna faktiki olaraq öz suverenliyini itirdi, onun nə pulu var, nə hərbi sənayesi, nə də hərbi istehsal gücü. Pulu əsasən ABŞ-dan alır, hərbi vasitələr də amerikalılardan və Qərbdən gəlir”, - baş nazir əlavə edib.