100-120 ədəd texnikadan ibarət “Vaqner” qrupunun altıncı kolonu artıq Belarusa gəlib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Belaruski Qayun” monitorinq qrupu məlumat yayıb.
Bildirilib ki, bu indiyədək Belarusa gələn 6-cı və hələlik sonuncu kolondur.
Monitorinq qrupu kolonun 5-10 km uzandığını və “şərti olaraq 2 böyük hissəyə bölündüyünü” vurğulayıb.
Muzdlular kolonu Belarus Respublikasının yol polisinin müşayiəti ilə hərəkət edib.