19 İyul 2023 13:34
955
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə rus qadın məşhur ukraynalı aktrisa Svetlitskanın qızına qarşı kobudluq edib.

Teleqraf.com xəbər verir ki, aktrisa bu barədə sosial şəbəkədə məlumat verib.

Hadisə liftdə baş verib.

Aktrisanın üç yaşlı qızı Mariya liftdə müxtəlif düymələri basıb. Rus qadın uşağın əlindən tutub itələyib və aktrisa aktrisa ilə kobud davranıb.

"Maşa həmişə liftin düymələrini basır, çünki o, uşaqdır və bu onun xoşuna gəlir. Bu da ... onu nə adlandıracağımı belə bilmirəm, onun əlindən tutdu və itələdi. Deyirəm: "Niyə sən mənim uşağıma toxunursan?", O isə cavab verir ki, uşaqlarına nəzarət elə. Dedim ki, hər bir insanın azadlıq və toxunulmazlıq hüququ var. O, öz mərtəbəsində düşdü".

Aktrisa bildirib ki, uşaqların müdafiəsi onun üçün hər zaman birinci olduğuna görə hadisədən sonra o, otelin qəbul şöbəsinə şikayət edib.

"Övladlarıma qarşı belə münasibətə dözməyəcəyəm", - deyə məşhur əlavə edib.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər