Teleqraf.com-un məlumatına görə, bu barədə Rusiya XİN-i məlumat verib.
“Tərəflər Ukraynanın cənub-şərqindəki vəziyyətin sülh yolu ilə nizamlanmasını müzakirə ediblər. Həmçinin, Minsk razılaşmasının yerinə yetirilməsinin vacibliyini vurğulayıblar”, məlumatda bildirilir.
Qeyd edək ki, Rusiya XİN-i “Normand dördlüyü”nün xarici işlər nazirlərinin yanvarın 12-də Berlində baş tutacaq görüşünü təsdiqləyib.