24 İyul 2023 18:10
2 910
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Vaqner" Qrupunun lideri Yevgeni Priqojin 1980-ci illərdə həbsxanada olarkən sol əlinin adsız barmağı kəsilib. Digər məhbuslar onu administrasiya ilə əməkdaşlıq etdiyinə görə cəzalandırıblar.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın insan haqları layihəsinin rəhbəri Vladimir Oseçkin deyib.

“Bu, onun koloniyadakı ilk müddəti, qəddar əxlaqı haqqında hekayədir. Hətta o zaman koloniyanın əməliyyatçıları ilə sıx əməkdaşlıq da edirmiş”, - deyə bildirib.

Məhbusların Priqojinin barmağını həqiqətən kəsib-kəsmədiklərini aydınlaşdıran suala Oseçkin müsbət cavab verib.

Onun sözlərinə görə, Priqojin barmağını kəsənlərə qarşı kin bəsləyirmiş və indi o insanlar həyatda deyil. Üstəlik, bir barmağın itirilməsi ilə bağlı xatirələr muzdluların gələcək liderinin psixikasında kifayət qədər dərin iz buraxıb.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər