Qərbi Afrikada "Ebola" virusu bütün karantin tədbirlərinə baxmayaraq, sürətlə yayılmaqdadır. Bu virusa yoluxaraq ölənlərin sayı isə 8289-a çatıb.
Teleqraf.com-un ITAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.
Ebola virusundan ən çox zərər çəkən, əvvəlki kimi, Liberiyadır. Bu ölkədə 8 263 yoluxma və 3515 ölüm halı qeydə alınıb. Sierra-Leone xəstəliyə yoluxanların sayına görə birinci yerdədir -10 030 nəfər, ölənlərin sayı isə 2 977 nəfər təşkil edir. Qvineyada 2793 nəfər xəstələnib, 1797 nəfər ölüb.
Qeyd edək ki, Ebola virusuna yoluxma halları Mali, Nigeriya, Seneqal, İspaniya, ABŞ və Böyük Britaniyada da qeydə alınıb.