10 Yanvar 2015 09:26
933
12 Punto 14 Punto 16 Punto 18 Punto

Parisdə Şarli Hebdo redaksiyasına terror hücumu ilə bağlı Britaniyanın sərhəd keçid məntəqələrində təhlükəsizlik tədbirləri sərtləşdirilib.

Publika.az-ın məlumatına görə, Britaniyanın daxili işlər naziri Tereza May elan edib ki, Fransadan Britaniyaya gələn sərnişin, avtomobil və yüklərin yoxlanılmasına nəzarət gücləndirilib. Onun sözlərinə görə, söhbət qabaqlayıcı tədbirlərdən gedir.

Bu arada Mİ-5 Britaniya kəşfiyyat xidmətinin başçısı Andryu Parker Britaniyada yeni terror hücumu təhlükəsinin gücləndiyini bildirərək ölkənin hüquq mühafizə orqanlarının bütün qəsdlərin qarşısını ala bilmək vəziyyətində olmadığına diqqəti çəkib.

Parkerin təbirincə, son aylar ərzində polis və Mİ-5 ölkədə 3 terror hücumu cəhdinin qarşısını allıb.

2013-cü ilin mart ayında Mİ-5 rəhbəri təyin edilmiş Andryu Parker Londonda keçirdiyi mətbuat konfransında Suriyadakı Əl-Qaidə ekstremistlər qrupunun Qərb ölkələrindəki hədəflərə qarşı hücumlar planlaşdırdığını bildirib.


Parker Suriya və İraqda İslam Dövləti tərəfində döyüşən Britaniya vətəndaşlarından danışaraq belə könüllülərin sayının 600 nəfərə çatdığını bildirib.


Müəllif:

Oxşar xəbərlər