26 İyul 2023 12:21
739
12 Punto 14 Punto 16 Punto 18 Punto

2021-ci ildə Qarabağda itkin düşən erməni hərbçilərin yaxınları İrəvanda prospekti bağlayıblar.

Teleqraf.com xəbər verir ki, Ermənistanda itkin düşmüş əsgərlərin valideynləri ölkə vətəndaşlarını aksiyaya qoşulmağa çağırıb.

Onlar baş nazir Nikol Paşinyanla görüş tələb edirlər. Polis aksiya iştirakçılarının hərəkətlərinə mane olmayıb.

İrəvan polis rəisi Sevan Köçəryan etirazçılara Hərbi Əks-kəşfiyyat İdarəsinin rəisi, polkovnik David Sanamyanla görüş təşkil etməyi təklif edib. Amma valideynlər onunla əvvəlki görüşün nəticəsiz olduğunu bildirərək bundan imtina ediblər.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər