ABŞ-ın keçmiş prezidenti Donald Trampa qarşı məxfi materiallarla düzgün işləmədiyinə görə əlavə ittihamlar irəli sürülüb.
Teleqraf.com xəbər verir ki, bu barədə Florida ştatının cənub dairəsinin elektron məlumat bazasına daxil olan sənəddə deyilib.
“İttihama 32-ci bənd əlavə edilib, Tramp daha bir maddə ilə müdafiə məlumatlarını qanunsuz saxlamaqda ittiham olunur”, - mətndə deyilir.
İşdə yeni bir təqsirləndirilən şəxs - De Oliveyra meydana çıxıb. O, ədalət mühakiməsinin işinə mane olmaq üçün sui-qəsddə ittiham olunur. De Oliveyra iş üzrə digər müttəhim Valter Nauta ilə birlikdə 2022-ci ilin yayında müşahidə kamerasındakı səsyazısını məhv etməyə çalışıb.
Doland Tramp da bu maddə üzrə təqsirli sayılır.