11 Avqust 2023 10:34
1 026
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin xüsusi xidmət orqanı MOSSAD-ın keçmiş rəhbəri Tamir Pardo və ordunun istefada olan generalı Amiram Levin Baş naziri Binyamin Netanyahunun qəbul etdiyi qərarları və yeni məhkəmə qaydalarını tənqid edib.

Teleqraf.com xəbər verir ki, Netanyahunun keçmişdə ölkəsi üçün uğurlu siyasi lider olduğunu bildirən Levin bunun artıq belə olmadığını deyib.

“Ondan narahatam. Döyülmüş köpək kimi istefa verəcək. Tarixin zibilliyinə atılacaq”, - general söyləyib.

Netanyahu hökumətinin ölkədə kütləvi etirazlara səbəb olan məhkəmə islahatına toxunan Levin İsraili “bir qrup dəli”nin idarə etdiyini və ölkəni xarabalığa çevirdiyini bildirib.

Tamir Pardo da Netanyahunun rəhbərlik etdiyi koalisiya hökumətini hədəfə alıb: “Netanyahu hökuməti hər keçən gün bizi sionist xəyalının sonuna yaxınlaşdırır”.

MOSSAD-ın keçmiş rəhbəri ABŞ-a işarə edərək vurğulayıb: “Ümid edək ki, dünyadakı dostlarımız bizə kömək edəcəklər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər