19 Avqust 2023 01:12
703
12 Punto 14 Punto 16 Punto 18 Punto

2020-ci ilin sentyabrında Donald Trampa ölümcül zəhərlər arasında göstərilən “risin” maddəsi olan məktub göndərən 56 yaşlı Paskal Ferrierin cəzası müəyyənləşib.

Teleqraf.com xəbər verir ki, o 21 il 10 ay həbs cəzasına məhkum edilib.

Bildirilib ki, cəzasını çəkdikdən sonra Ferrier ABŞ-dan deportasiya olunacaq və geri qayıdarsa, ömürlük həbs olunacaq.

Qeyd edək ki, məktub Ağ Evə çatmazdan əvvəl Vaşinqtonda poçt şöbəsində qeydiyyat zamanı aşkar edilmişdi.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər