25 Avqust 2023 15:44
1 241
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Vaqner” lideri Yevgeni Priqojinin Rusiya Prezidenti Vladimir Putinin əmri ilə öldürülməsi ilə bağlı Qərbdə səslənən iddialar yalandır.

Teleqraf.com xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

Təyyarənin qəzaya uğramasının səbəbləri ilə bağlı araşdırmanın davam etdiyini söyləyən Peskov Putinin Priqojinlə son vaxtlar görüşmədiyini qeyd edib.

“Vaqner”in Rusiyada hüquqi şəxs olmadığını bildirən Kremlin sözçüsü bu qrupun Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatına böyük töhfə verdiyini vurğulayıb.

Peskov Rusiya liderinin Priqojinin dəfnində iştirak edib-etməyəcəyi ilə bağlı suala belə cavab verib:

“Bunu demək çətindir, Putinin çox sıx qrafiki var”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər