28 Avqust 2023 01:37
1 273
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Co Bayden ölkədə daha bir kütləvi atışma hadisəsi ilə əlaqədar “ağların üstünlüyü” ideologiyasını dayandırmağa çağırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Amerika liderinin Ağ Evin saytında dərc olunmuş bəyanatında deyilir.

"Biz cavablar axtarmağa davam edərkən, indi aydın və qəti şəkildə deməliyik ki, Amerikada "ağ üstünlüyü"nə yer yoxdur".

Bayden qaradərililərin dərilərinin rənginə görə güllələnmə qorxusu ilə yaşadığı bir ölkədə yaşamaqdan imtina etməyin vacibliyini də vurğulayıb.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər