Rusiyadan Ukraynanın Odessa vilayətinə atılan “Şahid” tipli PUA (İran istehsalı) Rumıniya ərazisinə düşüb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Oleq Nikolenko məlumat yayıb.
Onun sözlərinə görə, İzmail limanına kütləvi zərbələr zamanı dron Rumıniya ərazisinə düşərək partlayıb. Eyni zamanda, o qeyd edib ki, bu, Rusiyanın raket terrorunun təkcə Ukraynanın deyil, həm də qonşu və NATO üzvü olan ölkələrin təhlükəsizliyinə böyük təhlükə yaratdığının növbəti təsdiqidir.
“Tərəfdaşlarımızı Ukraynanı əlavə müasir raket əleyhinə və hava hücumundan müdafiə sistemləri, eləcə də qonşu dövlətlərin infrastrukturunun mühafizəsini gücləndirəcək döyüş aviasiyası ilə təmin olunmasını sürətləndirməyə çağırırıq”, - Nikolenko deyib.
Rumıniyanın Müdafiə Nazirliyi Rusiya PUA-sının ölkə ərazisinə düşməsi ilə bağlı məlumatı təkzib edib.