14 Sentyabr 2023 01:32
693
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dövlət Departamenti Cənubi Koreyaya 5,06 milyard dollara F-35 qırıcı təyyarələri və müvafiq avadanlıqların mümkün satışını təsdiqləyib.

Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi məlumat yayıb.

Məlumata görə, söhbət 25-ə qədər qırıcının satışından gedir. Departament əmin edib ki, qırıcıların tədarükü ABŞ-ın döyüş hazırlığına xələl gətirməyəcək və regionda hərbi balansı dəyişməyəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər