16 Sentyabr 2023 08:43
503
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Vaşinqton ştatında iki nəfərlik təyyarənin Sammamiş gölünə düşməsi nəticəsində bir nəfər ölüb.

Teleqraf.com xəbər verir ki, təyyarədə olan ikinci şəxs ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Nəşr qeyd edib ki, təyyarə gölün səthindən havaya qalxdıqdan dərhal sonra yüksəkliyi kəskin şəkildə itirməyə başlayıb. İlkin məlumata görə, söhbət ABŞ-da sayı 100-dən az olan “Seawind 3000-”dən gedir.

ABŞ-ın Nəqliyyatın Təhlükəsizliyi üzrə Milli Şurası hadisənin başvermə şəraiti ilə bağlı araşdırmaya başlayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər