Rusiyanın Krasnodar rayonunun Kovalenko Severski bölgəsində 2-si uşaq olmaqla 11 nəfər dəm qazından zəhərlənib.
Teleqraf.com Rusiya mediasına istinadən xəbər verir ki, bununla bağlı Rusiya İstintaq Komitəsinin məlumatında deyilir. Bildirilir ki, ölən şəxslər iki ailənin üzvləridir. Cəsədləri ailənin yaxın qohumları aşkar ediblər.
İlkin məlumatlara görə, kütləvi zəhərlənmə benzinlə işləyən elektrik generatorunda yaranan nasazlıq səbəbilə meydana gəlib.
Samir