23 Sentyabr 2023 23:59
2 074
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rusiyanın təsirini sarsıtmağa çalışan ən güclü qərbyönlü lobbi Ermənistanda mövcuddur".

Teleqraf.com xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Baş Assambleyasının 78-ci sessiyasında işin yekunlarına dair mətbuat konfransında deyib.

O bildirib ki, keçmiş Sovet İttifaqının bir sıra digər ölkələrində olduğu kimi Ermənistanda da qeyri-hökumət təşkilatları təbəqəsi ilə təmsil olunan, o cümlədən bir çox Qərb fondları vasitəsilə ABŞ-ın maraqlarını təşviq edən güclü lobbi var.

"Bir daha təkrar edirəm - bu işdə kimin maraqlı olduğunu və kimin rəhbərlik etdiyini bilirik", - nazir əlavə edib.


Müəllif: Pərvin Cəfərova