26 Sentyabr 2023 08:32
1 543
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 22-də Sevastopolda Qara dəniz Donanmasının qərargahının vurulması nəticəsində donanmanın komandanı, vitse-admiral Viktor Sokolov həlak olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyatlar Qüvvəsi məlumat yayıb.

“Qərargahın vurulmasından sonra Qara dəniz Donanmasının komandanı daxil olmaqla, 34 zabit öldürülüb. Daha 105 nəfər isə yaralanıb. Qərargahın binası tamamilə dağılıb”, - məlumatda qeyd olunub.

Raket zərbələri nəticəsində “Minsk” böyük desant gəmisi də məhv edilib. Gəmi hücumdan bir gün sonra şəxsi heyətlə birlikdə döyüş növbətçiliyinə çıxmalı idi. Gəmidəki canlı qüvvə itkisi 62 nəfər olub.

Röyter Agentliyi Viktor Sokolovun həlak olması ilə bağlı Rusiyadan təkzib xəbərinin gəlmədiyini vurğulayıb.

Qeyd edək ki, sentyabrın 22-də Ukrayna tərəfi Sevastopolun “Storm” raketləri ilə atəşə tutulduğunu bildirmişdi.


Müəllif: Teleqraf.com