Rusiya qüvvələri ötən sutka ərzində cəbhənin üç istiqamətində hücuma keçsələr də, ən şiddətli döyüşlər Marin yaxınlığında olub.
Teleqraf.com xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı ötən gün ərzində 26 toqquşmanın baş verdiyini açıqlayıb.
Ukrayna ordusu Avdiv istiqamətində Severna, Zaporojedə Novodarivka istiqamətində Rusiya qoşunlarının hücumunun qarşısını alıb.
Ruslar ən intensiv hücumları Marin istiqamətində keçiriblər. İrəliləməyə çalışan Rusiya ordusu məqsədlərinə nail ola bilməyib, bu istiqamətdə onların 13 hücumu dəf edilib.
Kupyan, Liman və Baxmut istiqamətlərində hücum qeydə alınmayıb.
Eyni zamanda, Ukrayna qüvvələri Melitopol və Baxmut istiqamətlərində hücum əməliyyatını davam etdirir.
Ukrayna ordusunun “Şərq” qrupunun sözçüsü İlya Yevlaş bildirib ki, Ukrayna silahlı qüvvələri Baxmutun cənubunda irəliləyir.
“Cənub cinahında hücum əməliyyatını davam etdiririk, xüsusən də Zaytsevo, Klişçivka, Odarivka və İvanivski yaxınlığında mçüsbət nəticələrimiz var”, - Yevlaş deyib.