13 Oktyabr 2023 10:19
1 014
12 Punto 14 Punto 16 Punto 18 Punto

HƏMAS yaraqlılarının ən səxavətli sponsoru İrandır, bu da onları terror hücumları həyata keçirmək üçün lazım olan ən mühüm resurslarla təmin edib. Amma onların büdcələrinin dolu olması təkcə İranın sayəsində deyil.

Teleqraf.com xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Amerikalı müstəntiqlər HƏMAS-ın onlara kriptovalyuta göndərən onlayn donorlar tərəfindən maliyyələşdirildiyini müəyyən ediblər. Qeyd olunur ki, yaraqlılar hesablarını ictimailəşdirmək üçün X (Tvitter) və Feysbuk sosial şəbəkələrindən istifadə ediblər. HƏMAS bu yolla ianə də toplaya bilib.

HƏMAS-ın İsrailə hücumundan əvvəl ABŞ Ədliyyə Nazirliyi təşkilatın maliyyə mənbələrini araşdırıb. Söhbət ABŞ hakimiyyətinin üç il əvvəl müsadirə etmək qərarına gəldiyi kriptovalyuta hesablarından gedir.

Bundan əlavə, analitiklər bildiriblər ki, İsrail hakimiyyəti HƏMAS və digər Fələstin silahlı qrupları ilə iddia edilən əlaqələrə görə on milyonlarla dollar dəyərində kriptovalyuta mənbələrini müsadirə edib.

CNN qeyd edir ki, kriptodan istifadə HƏMAS yaraqlılarının büdcələrini artırmaq üçün istifadə etdikləri bir çox üsullardan yalnız biridir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər