İsrailin bir gündə Qəzzanın şimal hissəsindən 1 milyondan çox insanı təxliyə planı mümkün deyil.
Teleqraf.com xəbər verir ki, bunu Avropa Birliyi diplomatiyasının rəhbəri Jozef Borrell deyib.
“Mən bunu Avropa Birliyinin rəsmi mövqeyindən çıxış edərək deyirəm: (təxliyə) tamamilə, qətiyyən mümkün deyil. Qəzzadakı mövcud durumda 24 saat ərzində 1 milyon insanın köçürülməsini təsəvvür etmək ancaq humanitar fəlakət ola bilər”, - AB-nin baş diplomatı bildirib.
İsrail HƏMAS-a qarşı quru hücumundan əvvəl bölgənin sakinlərini təxliyə etmələri barədə xəbərdarlıq edib.