Almaniya kansleri Olaf Şolz və İsrailin baş naziri Benyamin Netanyahu arasında telefon danışığı olub.
Teleqraf.com TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Almaniya hökumətinin rəsmi nümayəndəsi Şteffen Hebestreyt bildirib.
Bildirilib ki, onlar Livan Hizbullah hərəkatının Yaxın Şərqdəki münaqişəyə müdaxiləsinin qarşısının alınmasının vacibliyini bir daha təsdiqləyiblər.
Söhbət zamanı İsrail Nazirlər Kabinetinin rəhbəri alman həmkarına ölkədəki vəziyyət barədə danışıb.