19 Oktyabr 2023 14:35
7 272
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstan Rusiyaya 106 adda məhsulun tədarükünü dayandırıb.

Teleqraf.com xəbər verir, bunu Qazaxıstan ticarət nazirinin müavini Kayrat Torabayev deyib.

O qeyd edib ki, malların ixracına qoyulan məhdudiyyət dünyadakı mövcud vəziyyətlə bağlıdır:

“Bunlar 106 müxtəlif məhsuldur, onların ixracını tamamilə məhdudlaşdırdıq. Bunlar hərbi mallardır. Məsələn, dronlar, daxili ehtiyat hissələri, xüsusi elektronika, çiplər və digər oxşar məhsullar”.

Qazaxıstan Xarici İşlər Nazirliyinin sözçüsü Aybək Smadiyarov bundan əvvəl bildirmişdi ki, ölkəsi Rusiyaya sanksiyalardan yan keçmək üçün platforma vermək niyyətində deyil.


Müəllif: Mənsur Rəğbətoğlu