HƏMAS-dan sonra Qəzza zolağı üçün ən yaxşı həll sahil anklavının Fələstin Muxtariyyətinin nəzarətinə qaytarılmasıdır.
Teleqraf.com xəbər verir ki, bunu İsrailin sabiq baş naziri, müxalifət lideri Yair Lapid deyib.
“Düşünürəm ki, sonda ən yaxşısı Fələstin Muxtariyyətinin Qəzzaya qayıtmasıdır.
Məndən çıxış yolunu soruşursunuzsa, bu, ideal deyil, amma bu, beynəlxalq ictimaiyyətə kömək etməlidir”, - Lapid bildirib.
Sabiq baş nazir qeyd edib ki, Fələstin administrasiyasının hələ də Qəzzada təxminən 20 000 adamı işləyir və oradakı bir çox obyekt və mülki qurumlar uzaqdan idarə olunur.
HƏMAS 2007-ci ildə Fələstin administrasiyasını Qəzzadan sıxışdırıb çıxarıb.