Gürcüstanın "Georgian Airways" aviaşirkəti oktyabrın 22-dən Təl-Əvivə uçuşları dayandıracaq.
Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstanın İsraildəki səfirliyi məlumat yayıb
Bildirilib ki, İsrail aviaşirkətlərinə məxsus “İsrair Airlines”, “Arkia Airline” və “El Al Israel Airlines” Gürcüstana uçuşları davam etdirəcək.
“Georgian Airways”in Tel-Əvivə uçuşlarının dayandırılmasına səbəb beynəlxalq sığorta şirkətlərinin tələbləridir. Bunun əvəzinə şirkət İsraildən tranzit sərnişinlər üçün nəzərdə tutulmuş əlavə Larnaka-Tbilisi reysini açır.