HƏMAS-ın qurucularından Şeyx Həsən Yusifin oğlu, hazırda ABŞ-da yaşayan Musab Həsən Yusif İsrailin Qəzzanı azad etməklə Fələstin xalqına ən böyük yaxşılığı edəcəyini bildirib.
Teleqraf.com xəbər verir ki, o, İsraili HƏMAS-ı məhv etməyə çağırıb.
“Qəzzanı HƏMAS-dan azad etməliyik. İsrail Qəzzanı HƏMAS-dan azad etməklə Fələstin xalqına ən böyük yaxşılığı edir. İsrail HƏMAS-ın tunellərini qazda boğmalıdır”, - Musab Yusif bildirib.
On il HƏMAS-ın sıralarında olarkən Musab Həsən Yusifin İsrail kəşfiyyatına (MOSSAD) işlədiyi iddia olunur. Həmin iddiaya görə, o, atası Şeyx Həsən Yusif də olmaqla bir çox HƏMAS üzvünün İsrail tərəfindən ələ keçirilməsinə yardım edib.
1999-cu ildə xristianlığı qəbul edən Musab Həsən Yusif 2007-ci ildə ABŞ-a sığınıb. 2010-cu ildə ABŞ-dan siyasi sığınacaq tələbi qəbul edilib.