23 Oktyabr 2023 18:35
1 497
12 Punto 14 Punto 16 Punto 18 Punto

​ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın Suriyanın cənubundakı (Tənf) hərbi bazasına PUA-larla hücuma cəhd edilib.

Teleqraf.com xəbər verir ki, ABŞ hərbi qüvvələrinin yerləşdiyi bazaya 3 PUA atılıb.

Hücum dronları hədəflərə çatmamış sıradan çıxarılıb.

Hücumla bağlı hələlik heç bir rəsmi açıqlama verilməyib.

İranın dəstəklədiyi terrorçu qruplaşmalar vaxtaşırı ABŞ-ın Fərat çayının şərq sahilindəki bazalarına raket və PUA-larla hücum edir. Yaraqlılar son olaraq oktyabrın 19-da ABŞ qüvvələrinin yerləşdiyi Koniko qaz yatağına dron hücumu həyata keçirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər