ABŞ dövlət katibi Entoni Blinkenin yaxın günlərdə Türkiyəyə gələcəyi gözlənilir.
Teleqraf.com xəbər verir ki, Türkiyə xarici işlər naziri Hakan Fidanın amerikalı həmkarı ilə görüşündə İsrail-Fələstin münaqişəsinin müzakirə ediləcəyi bildirilir.
Türkiyə hərbi dəniz donanmasının təqaüdçü kontr-admiralı Cihat Yaycı Blinkenin səfəri ilə bağlı diqqətçəkən açıqlama verib:
“Blinkenin Türkiyəyə gəlməsi xeyrə əlamət deyil. Gecikmiş səfərin səbəbi “Türkiyə də Səudiyyə Ərəbistanı və Misir kimi Qəzzanın boşaldılmasına kömək etsin, yəni fələstinlilərin bir qismini siz də götürün” istəyi ola bilər”.
Admiral artıq 8-10 milyon qaçqının olduğunu, 500 min nəfərin də bunun üzərinə əlavə edilə biləcəyini söyləyib.