Pakistanın iki əyalətində təhlükəsizlik qüvvələrinə qarşı bombalı hücum nəticəsində 14 hərbçi şəhid olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi tərəfindən Pakistan hökumətinə verilən başsağlığında deyilir.
Bildirilib ki, Pakistanın Bəlucistan əyalətində təhlükəsizlik qüvvələrinə aid iki avtomobilə terror hücumu nəticəsində 14 hərbçi şəhid olub.
Bundan başqa, Xeybər Patunhva əyalətində polis əməkdaşlarına məxsus xidməti mikroavtobusa yaxın yerdə törədilən partlayış nəticəsində isə 5 nəfər ölüb, 21 nəfər yaralanıb.