Özbəkistanın dövlət başçısı İslam Kərimovdan sonra daha iki siyasətçi prezidentliyə namizəd olub.
“Ədalət” Sosial Demokrat Partiyası Siyasi Şurasının ikinci plenumunda partiyanın lideri, Ali Məclisdə partiya fraksiyasının rəhbəri Nəriman Umarov prezidentliyə namizəd göstərilib, plenum iştirakçıları təklifi dəstəkləyiblər. Nizamnamısinə görə prezidentliyə namizədi partiyanın Qurultayı təsdiq etməlidir. Qurultay fevralın 10-da Daşkənddə keçiriləcək.
Teleqraf.com-un məlumatına görə, Özbəkistan Xalq-Demokratik Partiyası Mərkəzi Şurasının plenumunda isə bu partiyadan Xatamjon Ketmonov prezidentliyə namizəd göstərilib, onun namizədliyini plenum iştirakçıları müdafiə ediblər. Xatırladırıq ki, Özbəkistanda prezident seçkiləri martın 29-da keçiriləcək.