Fələstinə dəstək aksiyalarına qarşı sərt münasibətilə müzakirələrə səbəb olan Böyük Britaniyanın daxili işlər naziri Suella Braverman tutduğu vəzifədən uzaqlaşdırılıb.
Teleqraf.com xəbər verir ki, Londonda keçirilən nümayişdən narahat olan britaniyalı nazir sosial şəbəkədəki paylaşımları ilə təpkiləri üzərinə çəkmişdi.
Onun sözlərinə görə, antisemitizmin, irqçiliyin və terrorun bütün formalarının bu qədər yüksək qiymətləndirilməsi son dərəcə narahatedicidir: “Bu, belə davam edə bilməz”.
Bravermanın iddiasına görə, Fələstin bayrağının dalğalanması terror aktlarına haqq qazandırmaq üçün edilirsə, legitim ola bilməz.
Britaniya Baş naziri Rişi Sunak da Londondakı aksiyaları “təxribat və sayğısızlıq” adlandırmışdı.