ABŞ və beynəlxalq koalisiya qüvvələrin yerləşdiyi Şimali İraqdakı Əl-Hərir aviabazasına PUA ilə zərbə endirilib.
Teleqraf.com xəbər verir ki, dəymiş ziyanla bağlı hələlik məlumat verilmir.
Hücuma görə məsuliyyəti “İraq İslam Müqaviməti” (İrana bağlı terror qruplaşması) öz üzərinə götürüb. Hərəkat Amerika bazasına hücumu “düşmənin Qəzza zolağındakı cinayətləri” ilə izah edib. Qruplaşmanın iddiasına görə, PUA nəzərdə tutulan hədəfi vurub.
Noyabrın 9-11-də də sözügedən bazaya pilotsuz təyyarə ilə hücum edilib.
ABŞ Müdafiə Nazirliyinin hesablamalarına görə, oktyabrın 17-dən noyabrın 7-dək Yaxın Şərqdəki Amerika hərbçiləri 40 dəfə hücuma məruz qalıb. 22 hücum İraqda, 18-i Suriyada həyata keçirilib.